"Uşaqlara süd vermirəm, çünki reanimasiyadadılar" - Rəqsanə

"Uşaqlara süd vermirəm, çünki reanimasiyadadılar" - Rəqsanə
MAQAZİN
12:19 10.12.2018
2861
Müğənni Rəqsanə İsmayılova ana olduqdan sonra xeyli çəki atıb. 

AZXEBER.COM axşam.az-a istinadən xəbər verir ki, sənətçi hamiləlik vaxtı çəkisinin 80 kiloqrama qədər artdığını bildirib:

"Heç bir əməliyyat etdirməmişəm, etsəm, deyərəm. Hamiləlikdə sentyabra qədər 80 kiloqram idim. Uşaqlar dünyaya gəldiyi gündən stress yaşayıram, yemirəm. Bəzi dərmanlar qəbul edirəm ki, ona görə yeməliyəm. Soruşursuz, uşaqlara süd verirəm? Vermirəm, çünki uşaqlarım dünyaya gələndən reanimasiyada, küvəzin altında qaldılar. Onlar qidanı burunlarından zont vasitəsilə qəbul edirlər. Arıqlamağa davam edirəm".

Qeyd edək ki, Rəqsanənin əkizləri 7 ayında dünyaya gəliblər. 
OXŞAR XƏBƏRLƏR