Uşaqları ilə birgə intihara cəhd edən ana və övladının SON VƏZİYYƏTİ

Uşaqları ilə birgə intihara cəhd edən ana və övladının SON VƏZİYYƏTİ
SOSİAL
11:23 21.07.2022
371
Xəbər verdiyimiz kimi, 3 gün öncə 25 yaşlı Aytən Abbasova iki azyaşlı övladı ilə birlikdə özünü beşinci mərtəbədən ataraq intihara cəhd edib. Hadisə nəticəsində azyaşlılardan biri ölüb. 

TƏBİB-dən AZXEBER.COM-a verilən məlumata görə, hazırda ananın vəziyyəti stabil ağır, digər uşağın vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qayınanası ilə kirayədə qalırmış. Məlumata görə, o, qayınanası ilə mübahisə etdiyi üçün intihara cəhd edib. 
OXŞAR XƏBƏRLƏR