“Uşaqlarınız əgər “Roblox”da bu oyunları oynayırsa, cinayətə meyllidirlər” - Hacıbəy Heydərli

“Uşaqlarınız əgər “Roblox”da bu oyunları oynayırsa, cinayətə meyllidirlər” - Hacıbəy Heydərli
SOSİAL
15:26 06.02.2026
540
"Sosial şəbəkələr və kompüter oyunları bu gün uşaqların sağlam inkişafı qarşısında duran ən ciddi maneələrdən biridir”.

Bunu AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyasının sədri Hacıbəy Heydərli bildirib.

O qeyd edib ki, uşaqlar faktiki olaraq "Roblox” oyununun əsirinə çevrilib:

"Bir ay öncə İTV-nin "Xəbərimiz var” verilişində "Roblox” oyununun yaratdığı təhlükələr barədə danışmışdım. Açığı, həmin çıxışın bu qədər sürətlə sosial mediada trend olacağını gözləmirdim. Videoya gələn reaksiyalar bir həqiqəti açıq şəkildə ortaya qoydu: uşaqlar faktiki olaraq bu oyunun əsirinə çevriliblər və sosial mediada xüsusən "TikTok””da 16 yaşından aşağı uşaqların sayı həddindən artıq çoxdur və onlar çox aqressivdirlər”.

Sədr vurğulayıb ki, "İdrak” liseyində baş verən insidentin də səbəblərini çox da uzaqda axtarmaq lazım deyil:

""Roblox” platforması daxilində yayılan bir sıra oyunlar uşaqların psixoloji və sosial inkişafına açıq-aşkar zərbə vurur. Xüsusilə The Streets, Da Hood, Criminality, Mad City kimi oyunlarda zorakılıq, cinayət və ölüm mövzuları adi və hətta cəlbedici şəkildə təqdim olunur. Bu cür ssenarilər uşaqlarda qorxu və stressə qarşı həssaslığı azaldır, aqressiyanı isə "əyləncə” və "normal davranış” kimi formalaşdırır.
Daha təhlükəlisi isə odur ki, bu oyunlarda öldürmə, işgəncə və silah əsaslı səhnələr uşaqlarda empati, sevgi, qayğı hissinin zəifləməsinə, aqressiv davranışların isə adilləşdirilməsinə və həyat tərzinə çevrilməsinə səbəb olur. Uşaq artıq başqasının ağrısını hiss etməyi yox, zorakılıq tətbiq etməyi "uğur” kimi öyrənir və belə böyüyür”.

H.Hacıbəyli deyib ki, belə oyunların nəticəsi artıq göz önündədir: 

"Belə oyunların nəticəsi artıq göz önündədir. Azyaşlılar arasında aqressiya hallarının və cinayət meyllərinin artması cəmiyyət üçün ciddi siqnal və bu siqnal artıq evlərimizin içində, məktəblərdə, liseylərdədir”.

Qeyd edək ki, bu gün "İdrak” liseyində Riyaziyyat müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi tərəfindən güllələnib.
Müəllimi güllələyən şagirdin davranışında problemlərin olduğu bildirilir. Həmçinin, müəllimə atəş açan şagirdin mütəmadi olaraq kompüter oyunlarına maraq göstərdiyi, onun bu hadisəni də həmin oyunların təsiri altında törətdiyi ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR