05:15 Cümə Axşamı, 20 Sentyabr 2018
MARAQLI

Usta oğlu olan millət vəkili: "Lamborghini" sürür və... - FOTO

23:29, 06.07.201812062
Usta oğlu olan millət vəkili:

Türkiyənin Ədalət və İnkişaf Partiyasının Sakaryadan seçilən millət vəkili Kənan Sofuoğlu vəkillik maaşından imtina edib.

Sabiq idmançı vəkillik maaşına toxunmayacağını, vəsaiti tamamilə yardım məqsədilə istifadə edəcəyini deyib.

Millət vəkilliyini təsdiq etdirmək üçün Türkiyə Böyük Millət Məclisinə "Lamborghini" markalı avtomobili ilə gələn Kənan Sofuoğlu dedi-qodulara səbəb olan bu olay haqqında da açıqlama verib:

 

"Mübarizə aparıb alnımın təri ilə qazandığım bir avtomobili idarə edirəm. Belə bir avtomobil istifadə edirsinizsə, rahat həyatınız varsa, millət vəkili maaşına ehtiyacınız yoxdur deməkdir. Türkiyədə uzun illərdir millət vəkillərinin maaşları müzakirə edilir, insanların marağını çəkir. Bu maaşın bir quruşuna da toxunmayacam. Onu ehtiyacı olan insanlara bağışlayacam. Millət vəkilliyi təklifi gələndə də faydalı ola bilmək üçün qəbul etdim. İlk maaşımı Sakaryada bir idman kompleksi açmaq üçün bələdiyyəyə göndərəcəm. Belə lüks avtomobil sürməyim insanların dərdinə laqeyd qalacağam demək deyil. Mən də avtomobil təmirçisinin oğlu olmuşam". (publika.az)

 

 

 

XƏBƏR LENTİ