Vaqif Cavadov: "Manikür və pedikür – nəinki futbolçu, həm də bütün kişilər üçün normaldır" - MÜSAHİBƏ

Vaqif Cavadov: "Manikür və pedikür – nəinki futbolçu, həm də bütün kişilər üçün normaldır" - MÜSAHİBƏ
İDMAN
08:00 13.07.2011
2414
Müsahibədən maraqlı hissələri təqdim edirik: 

- Formal olaraq Rusiyaya Hollandiyadan gəlmisiniz. "Tvente"yə necə düşmüşdünüz?

- Bu, 2009-cu ildə, "Qarabağ"da oynayanda olmuşdu. Stiv Maklaren Avropa Liqasının oyunundan sonra mənə yaxınlaşıb dedi ki: "İstəyirəm, bizim komandaya keçəsən, fikirləş". Əlbəttə, mənə çox xoş idi. Adama hər gün İngiltərənin keçmiş baş məşqçisi yaxınlaşıb belə təklif etmir.

- Onun nüfuzu sizi sıxmırdı ki?

- Yox. O, məşqçidir. Nəinki yaxşı məşqçi, həm də yaxşı dostdur.

- Necə yəni?

- Biz onunla sakitcə çay içib nələrisə müzakirə edə bilərdik. Bu, çox vacibdir.

- Hollandiyadakı yaşayışınız necə idi?

- Elə ilk gün fikir verdim ki, orada camaatın vecinə deyil, sən kimsən, nəyin var, nəyin yoxdur, nə geyinirsən, telefonun hansı firmanındır. Bu, normal həyat üçün əla şərait deməkdir.

- Hər şeyin başqa cür olması sizi əsəbiləşdirirdi?

- Yox, deməzdim. Orada hamı velosipedlə gəzir. Mənə isə velosipeddə uzun yol qət eləmək çətindir. Axşam 6-dan sonra mağazaların hamısı bağlanır. İstirahət günləri acından ölməmək üçün gərək cümə günü bazarlıq edəsən.

- Yəni oradakı ilk günlərdə ac qalmısınız?

- Yox, acından ölmədim, hansısa ərzaq var idi. Amma çörək yox idi. Mən hər yeməyi çörəklə yeməyə öyrənmişəm. İki gün isə onu heç yerdə tapa bilmədim.

- Deyə bilərsinizmi, Hollandiya çempionatında homoseksualistlər var?

- Nə bilim, mən onlarla dostluq etmirəm. Amma bu o demək deyil ki, onlara pis münasibət göstərirəm. Sadəcə, onlar məni maraqlandırmırlar və mən onları başa düşmürəm.

- Holland futbolçular öz xarici görkəmlərinə başqalarından daha çox fikir verirlər...

- Krem, duş geli, manikür və pedikür – nəinki futbolçu, həm də bütün kişilər üçün normaldır.

- Siz manikür və pedikür edirsiniz?

- Futbolçuya bunları etmək vacibdir. "Tvente"də hər çərşənbə axşamı xüsusi usta gələrək hamıya manikür və pedikür edirdi. Mən həmişə öz dırnaqlarıma nəzarət etmişəm, indi isə bir az da diqqət yetirirəm.

- Bu il Berti Foqts sizi millinin məğlubiyyətindən sonra gülməkdə ittiham etdi. Bu necə olmuşdu?

- Ona səhv məlumat çatdırıblar. Soyunma otağında mən Foqtsun yanında idim, özüm də susurdum. Sonra zəngləşdik, yoluna qoyduq.

- Deyirlər ki, Azərbaycan və Özbəkistan futbolçuları pasportlarında doğum günlərini dəyişdirirlər.

- Hə, bu, bütün dünyada var. Bizim ölkədə bunu tapıb, həmin adamları cəzalandırırlar. Yəni onları futboldan müəyyən müddətə kənarlaşdırırlar. Mənim isə gizlətməyə məlumatım yoxdur. 22 yaşım var.

- "Volqa"da özünüzü necə hiss edirsiniz?

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
18:06 11.05.2025
FHN yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib
İmtahan nəticələri nə vaxt elan olunacaq?
17:54 11.05.2025
İmtahan nəticələri nə vaxt elan olunacaq?
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
17:46 11.05.2025
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
17:17 11.05.2025
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
Ərdoğan və Putin arasında telefon danışığı olub
16:57 11.05.2025
Ərdoğan və Putin arasında telefon danışığı olub
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
16:36 11.05.2025
Papa XIV Leodan dünya liderlərinə ÇAĞIRIŞ
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
16:24 11.05.2025
"Haber Global": Kahramanmaraşda 1 213 ev tezliklə qanuni sahiblərinə təhvil veriləcək
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
15:55 11.05.2025
Parapauerliftinqçimiz Dünya Kubokunda 2 qızıl medal qazanıb
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
15:53 11.05.2025
"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəliləyib
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
15:37 11.05.2025
Ağdam, Əsgəran, Xocalı və Xankəndi arasında dairəvi elektrik təchizatı sxemi yaradılacaq
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
15:12 11.05.2025
Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksində 55 nəfər işlə təmin edilib
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
14:57 11.05.2025
Ərdoğan: Ukraynada müharibənin sona çatması yolunda tarixi dönüş əldə edilib
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
14:38 11.05.2025
DSX: "Xudafərin" körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
14:20 11.05.2025
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
14:05 11.05.2025
Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək
13:43 11.05.2025
Türkiyədə “Azərbaycan Kino Günləri” keçiriləcək