17:39 şənbə, 17 Avqust 2019
İDMAN

“Vaxtında məlumat verilsəydi, iclasa qatılardım” - Qurban Qurbanov

17:48, 12.02.20193012
“Vaxtında məlumat verilsəydi, iclasa qatılardım” - Qurban Qurbanov
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında iştirak etməyib.
 
AZXEBER.COM xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla fanat.az-a açıqlamasında bütün komitə üzvlərinin iclasa dəvət olunuduğunu bildirib. Bəs Qurbanov toplantıya niyə qatılmayıb?

Bununla bağlı mütəxəssis özü açıqlama verib: "İclasın olacağını gec dedilər. Saat 3-də Zabit Səmədovun məktəbinin açılışına qatıldım. Sonra isə şəhərdən kənarda oldum. Mən də bu barədə məlumat verdim, gəlməyəcəyim halda problemin olub-olmayacağını soruşdum. Bir gün əvvəl məlumat verilsəydi, iclasda iştirak edərdim”.

Qurbanov "Adətən komitənin iclasında iştirak etməyən üzvlərdən qəbul olunacaq qərarlarla bağlı fikirlərini soruşurlar. Sizdən nəsə soruşdularmı” sualına belə cavab verib: "Bu məsələlər adətən yerində müzakirə olunur. Ona görə də məndən heç nə soruşmayıblar. Artıq qərar qəbul olunub”.

Qeyd edək ki, İcraiyyə Komitəsi Nikola Yurçeviçi milli komandamıza baş məşqçi təyin edib.
XƏBƏR LENTİ