Vəfa Quluzadə oğlunun yanında dəfn olunacaq

MƏDƏNİYYƏT
12:09 02.05.2015
3306
Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə bu gün Bakının Yasamal rayonundakı qəbristanlıqda dəfn olunacaq.AZXEBER.COM xəbər verir ki, bu barədə “Report”a V.Quluzadənin kürəkəni məlumat verib.
O bildirib ki, V.Quluzadə 5 il əvvəl 36 yaşında dünyasını dəyişmiş oğlu Murad Quluzadənin yanında torpağa tapşırılacaq.Xatırladaq ki, V.Quluzadə mayın 1-də 75 yaşında dünyasını dəyişib.O, 21 dekabr 1940-cı ildə Bakıda dünyaya gəlib. 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub, 1963-cü ildə oranı bitirib. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.V.Quluzadə 1970-ci ildə SSRİ-nin Misirdəki səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb.Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.O, 1990-cı ildə Azərbaycana qayıdıb və Azərbaycanın xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə dövlət müşaviri vəzifəsindən istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının da üzvü olub.

OXŞAR XƏBƏRLƏR