AZXEBER.COM BAKU.WS-ə istinadən məlumatına görə, bu kapital bütün hallarda vərəsələrə nağd şəkildə ödənilmir.
"Əmək pensiyaları haqqında" Qanuna əsasən, vəfat etmiş şəxsin topladığı pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ qazanan ailə üzvlərinin pensiyasının hesablanması zamanı nəzərə alınır. Yəni bu vəsait birbaşa bölüşdürülərək vərəsələrə verilmir, onların alacağı pensiyanın məbləğinin artmasına təsir edir.
Qanunvericiliyə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna, o cümlədən, 18 yaşınadək uşaqlar, əyani təhsil alan övladlar 23 yaşınadək, eləcə də müəyyən hallarda həyat yoldaşı, valideynlər və digər ailə üzvləri malik ola bilərlər.
Bundan başqa, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə dəfn xərclərinin qarşılanması məqsədilə birdəfəlik müavinət də ödənilir. Bu müavinətin məbləği vəfat tarixinə qüvvədə olan əmək pensiyasının minimum məbləğinin üç misli həcmində müəyyən edilir.











































