'Vəhşi gözəl' ilin aktrisası seçildi - FOTO + VİDEO

MAQAZİN
22:47 04.01.2013
3209
Uruqvaylı aktrisa və müğənni Natalya Oreyro 2012-ci ilin aktrisası adına layiq görülüb.AZXEBER.COM-un aktrisanın rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi məlumata görə, Natalya Oreyro “Sirli uşaq” (İnfancia cladestina) filmində oynadığı baş rola görə bu ada layiq görülüb. Sosial şəbəkələrdə aktrisa fan klubunun üzvlərinə bildirib ki, hər yerdə tanınmaq istəyir. Bunun üçün də sənətdə səylərini daha da artıracaq. Aktrisa həmçinin Azərbaycanda tanındığını və sevildiyini bildikdə, sevinib.“Mənə dedilər ki, Azərbaycanın ANS kanalında “Amanda O” serialını veriblər. Bunu eşitdikdə, çox sevindim. Çox istərdim ki, Azərbaycana da səfər edim”, - deyə Natalya Oreyro bildirib.Qeyd edək ki, Natalya Oreyro “Varlılar və tanınmışlar”, “Vəhşi gözəl”, “Amanda o” və digər seriallarda baş rolların ifaçısı kimi sevilib. Oynadığı rolların əksəriyyətində aktrisa şıltaq qız obrazını canlandırıb.

OXŞAR XƏBƏRLƏR