Təhlillər zamanı onların qida rasionu, alkoqol qəbulu, siqaret, hətta alt paltarı da nəzərə alınıb. Məlum olub ki, mütəmadi olaraq fiziki əmək spermanın keyfiyyətinə pis təsir edir. Bundan əlavə, velosiped sürmək ən mənfi təsir edən haldır. Belə ki, 5 və daha çox saat ərzində velosiped sürmək spermanın konsentrasiyasını aşağı salır və spermatozoidlərin aktivliyini aşağı salır. Belə ki, spermatozoidlərin fəallığının aşağı olması velosipedçilərin 40%-də müşahidə olunub. MIGnews.com yazır ki, bu, onların peşəkar idmançı və ya həvəskar velosipedçi olmasından asılı olmayaraq baş verə bilər.