Velosiped və skuter oğruları saxlanılıb

Velosiped və skuter oğruları saxlanılıb
KRİMİNAL
14:18 04.12.2025
152
Paytaxtın Nizami və Yasamal rayonunda velosiped, eləcə də skuter oğurlanıb. 

AZXEBER.COM xəbər verir ki, zərərçəkənlər bununla bağlı polisə məlumat verərək ümumi dəyəri 2000 manat olan ikitəkərli nəqliyyat vasitələrinin naməlum şəraitdə oğurlandığını bildiriblər. 
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən P.Danişyar və əvvəllər məhkum olunmuş H.Tahirov saxlanılıblar.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR