Avropa Kosmik Agentliyi Veneranı yuxarıdan aşağıya doğru tədqiq etmək üçün peyk və üç kosmik gəmi buraxacaq.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son illərdə yeni kəşflərini açıqlayan elm adamları Venera planetinin turşu buludlarında bakteriyaların yaratdığı "fosfin" adlı qazı aşkar etdiklərini və bunun potensial həyat əlaməti olduğunu açıqlayıblar.
Alimlər Veneranın buludlarında ammonyakın olduğunu və buna görə də orada yadplanetli orqanizmlərin ola biləcəyini proqnozlaşdırırlar.
Bu açıqlamadan sonra Amerika Aeronavtika və Kosmik Agentliyi (NASA) və Avropa Kosmik Agentliyi kimi qurumlar Venera ilə daha çox maraqlanmağa başlayıb.
Avropa Kosmik Agentliyi tərəfindən hazırlanmış "EnVision" Venera tədqiqatçısı planeti daxili nüvəsindən atmosferinin yuxarı hissəsinə qədər ətraflı şəkildə araşdıracaq.
Ayşən