Venesiyaya giriş ödənişli olacaq

Venesiyaya giriş ödənişli olacaq
DÜNYA
19:17 11.09.2023
297
İtaliyanın Venesiya şəhərinə girişin ödənişli olmasına qərar verilib.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, bu qərarı Venesiya şəhərinin bələdiyyəsi açıqlayıb. 

Məlumatda bildirilib ki, ödənişli olmasına səbəb şəhərin kütləvi turizmin mənfi nəticələri ilə üzləşməsidir.

Ehtimal olunur ki, ödənişli olacaq tarixlər yaz mövsümü, həmçinin iyun və iyul aylarında həftəsonları olacaq.

Venesiya meri Luici Bruqnaro yeni tətbiqin məqsədinin müəyyən dövrlərdə şəhərdə turist sıxlığının tənzimləməsi məqsədi daşıdığını bildirib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR