ABŞ Venesuelada prezident seçkilərindən sonra ölkədə böhran vəziyyəti yaratmaqda davam edir.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Maduronun rəqibi və müxalifət namizədi Edmundo Qonzalesi seçkilərin qalibi kimi tanıdıqlarını açıqlayıb.
Blinken bunu açıqlayaraq sanksiyalara işarə edib. Maduro isə ABŞ-nin bu addımını Venesuelada faşist və əksinqilabi çevrilişə cəhd adlandırıb.
Qeyd edək ki, Venesuela Seçki Şurası 2013-cü ildən hakimiyyətdə olan Maduronu 51 faiz səslə yenidən prezident seçkilərinin qalibi elan edib.
Seçkilərin saxtalaşdırıldığını iddia edən ölkə müxalifəti küçələrə axışıb.
Bir çox Latın Amerikası ölkələri də Maduronun qələbəsini tanımadıqlarını açıqlayıblar.
Venesuela sonradan bəzi Latın Amerikası ölkələri ilə diplomatik əlaqələri kəsib.
Mikayıl