18:49 Cümə, 19 Iyul 2019
İQTİSADİYYAT

Vergilər Nazirliyi: Elektron xidmətlərin əhatə dairəsi genişləndiriləcək

18:03, 24.06.20193748
Vergilər Nazirliyi: Elektron xidmətlərin əhatə dairəsi genişləndiriləcək

"Azərbaycanda rəqəmsal platformalardan istifadəni genişləndirmək lazımdır, çünki bu, dövlət xərclərini azaldır və vergi nəzarətini asanlaşdırır”.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "BMT-nin Dövlət Xidmətləri Forumu"nda Vergilər nazirinin müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum elektron xidmətlərin əhatə dairəsini genişləndirməyi planlaşdırır: "Elektron xidmətlər həm dövlət qurumlarının, həm də vergi ödəyəcilərinin işini azaldır. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 68 elektron xidmət göstərir, həmçinin digər dövlət qurumları ilə məlumat mübadiləsi aparır. Hazırda əsas məqsədimiz risk platformalarının rəqəmsallaşdırılmasıdır. Biz elektron xidmətlərin əhatə dairəsini genişləndirmək, növbəti illərdə elektron kassa aparatlarının tətbiqinə başlamaq niyyətindəyik. Yeri gəlmişkən, elektron qaimə sistemi uğurla tətbiq olunur”.

XƏBƏR LENTİ