"Verilişlərin bu səviyyədə olmasında redaktorlar günahkardır" - Ofeliya Sənani

"Verilişlərin bu səviyyədə olmasında redaktorlar günahkardır" - Ofeliya Sənani
MƏDƏNİYYƏT
12:52 25.02.2026
370
Elgiz Əkbər və Tolikin (Tarix Əliyev) müəllifi və aparıcısı olduğu verilişlərin bağlanması haqda xəbər yayılıb.

Bildirilib ki, Elgizin ARB-də yayımlanan "Elgizlə izlə” verilişi canlı yayımlandığı üçün artıq dayandırılıb. Tarix Əliyevə isə (Speys TV) bu həftədən canlı efir qadağan edilib, ona görə əvvəlcədən verilişlər hazırlanıb. 

O verilişlər həftə sonuna qədər tamamlanacaq və Tolik cümə günü tamaşaçıları ilə sağollaşacaq.
 
Uzun illər televiziya sahəsində fəaliyyət göstərən, xalq artisti Ofeliya Sənani AZXEBER.COM-un mövzu ilə bağlı suallarını cavablandırıb.
 
Aparıcı bildirib ki, verilişləri bağlamaq problemi həll etmir:
 
"Verilişləri bağlamaqla hər şey düzələcək sanırlar. Bir veriliş asanlıqla açılmır axı. Onu bağlamaq yox, problemlərini həll etmək lazımdır. Mövsümün ortasında, işçilərin məzuniyyətə getmədiyi zamanda nə üçün verilişlər bağlanmalıdır? Verilişlərin keyfiyyətinin zəif olması fikirəri ilə tam razıyam, amma bunu düzəltmək elə də çətin iş deyil. Əgər bir verilişin aparıcısı səhvə yol verirsə, nöqsan buraxırsa, bu o deməkdir ki, onların redaktorları zəifdir. Mən günahı ancaq redaktorda görürəm. O, bütün komandaya ideya verməlidir. O nöqsanları toplamalıdır, iclas keçirməldir və məsələlər orda müzakirə olunmalıdır". 
 
Ofeliya xanım "Sizcə, bundan sonra kanallarda senzura tətbiq olunamalıdırmı?" sualına da özünəməxsus şəkildə cavab verib:
 
"Əlbəttə. Bu vacibdir. Mahnıları yoxlamaq, qonaq siyahısına nəzarət etmək lazımdır. Necə ki, verilişdə baş verənlərə redaktor cavabdehdir, bu məsələdə də musiqi direktoru məsuliyyət daşımalıdır. Onun ixtiyarı var ki, uyğun bilmədiyi musiqini efirə buraxmasın. Hər həftə iclaslar təşkil olunmalıdır, yaxşı, pis məsələlər orada müzakirə olunub, həll yolu tapılmalıdır. Redaktor aparıcını idarə etməlidir, ona deməlidir belə bir mövzuya toxunmaq olar, ya olmaz.
 
Əgər o aparcı növbəti dəfə qayda pozarsa, ikinci dəfə o səhvə yol verərsə onda məcburən işdən çıxartmalıdır. Aparıcı ünvanına deyilən tənqidləri qəbul etməlidir, özünə çəki-düzən verməlidir".
 
İllərin peşəkar aparıcısı sosial şəbəkədə məşhurlaşan, istər müğənni, istərsə də adi bir vətəndaşın televiziya verilişlərinə dəvət almasına da münasibət bildirib:
 
"Sosial şəbəkədə olanlar da bu xalqın övladıdır, onlar orada xalqın qarşısında çıxış edirlər. Televiziyaya çıxmaq onun da arzusudur. Kanal buna şərait yaratmalıdır, amma çərçivə daxilində. Demirəm ki, hər gün, amma istedadlılara qapı açmaq lazımdır".
 
Aysel Hacızadə
OXŞAR XƏBƏRLƏR