Vətən müharibəsi şəhidinin anası vəfat etdi

Vətən müharibəsi şəhidinin anası vəfat etdi
SOSİAL
10:08 03.10.2022
207
Vətən müharibəsi şəhidi, baş gizir Ramil Quliyevin anası dünyasını dəyişib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Yazxanım Quliyeva yaşadığı Kürdəmir rayonunun Qarasu kəndində vəfat edib. Onun xəstəlik səbəbindən öldüyü məlum olub.

Qeyd edək ki, Ramil Nuralı oğlu Quliyev 1981-ci ildə Kürdəmirdə anadan olub. 2020-ci ilin sentyabrın 30-u Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub. Xidmət vaxtı və ölümündən sonra çoxsaylı medallarla təltif edilib.
OXŞAR XƏBƏRLƏR