Vətəndaşları aldadaraq mal-qarasını ələ keçirib

Vətəndaşları aldadaraq mal-qarasını ələ keçirib
KRİMİNAL
11:57 17.01.2026
491
Qax RPŞ-nin keçirdiyi tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, o, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Sutayev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib
OXŞAR XƏBƏRLƏR