Viza anlaşmasında qazancımız nə olacaq? - Ekspert cavablandırır

Viza anlaşmasında qazancımız nə olacaq? -  Ekspert cavablandırır
SİYASƏT
15:17 29.11.2013
1792

Noyabrın 29-da Vilnüsdə keçirilən Şərq tərəfdaşlığı sammitində Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi sazişi imzalanıb. Gələn il qüvvəyə minəcək bu razılıqdan sonra yaranan ilk sual sadədir: anlaşma Azərbaycana nə verəcək? Hazırda sammitdə iştirak edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəriVüqar Bayramovbu barədə fikirlərini “Media forum” saytı ilə bölüşüb: - Əvvəla, bu anlaşmaya Şengen vizasının alınmasının sadələşdirilməsi aspektindən deyil, eyni zamanda Azərbaycanın Avropa Birliyi standartlarına uyğunlaşdırılması kontekstindən yanaşmaq lazımdır. Bu anlaşma ölkədə biometrik pasportların dövriyyəyə buraxılmasını təmin etməklə yanaşı, bu sahədə sənədlərin təhlükəsizliyini də reallaşdırır. İkincisi, bu anlaşma Azərbaycan vətəndaşlarının Avropa Birliyinə səyahət imkanlarının sadələşdirilməsi və innovasiyaların ixracı baxımdan dəyərlidir. Üçüncüsü, bu anlaşma Azərbaycanla birlik arasında assosiativ müqavilənin gələcəkdə reallaşdırılması baxımdan pozitiv təsirlərə malikdir. Nəhayət, bu anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Avropaya vizasız səfəri üçün zəmin yaradacaq. Moldova təcrübəsi bu yanaşmanı tam olaraq təsdiq edir. - 29 noyabr sazişi Şengen zonasına səyahət edən Azərbaycan vətəndaşlarına nə vəd edir? - Anlaşmanın əsas məqsədi Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi və qonaq ölkə vətəndaşlarının daha sadə və asan mexanizmlərlə viza almasını özündə ehtiva edir. Uzunmüddətli vizalarda Şengen ölkəsində qalmaq müddəti 90 gündən 180 günədək artırılacaq. Əvvəllər uzunmüddətli, məsələn, 3 illik Şengen vizası alanlar üçün birlik ölkələrində maksimum qalma müddəti 3 ay idi, indi bu rəqəm 6 ay olacaq. İkincisi, uzunmüddətli vizaların müddətİ 3 ildən 5 ilədək uzadılacaq. Yəni əvvəllər səfirliklər Şengen vizasını maksimum 3 il müddətinə təqdim edirdilərsə, indi bu zaman 5 ilədək uzadılacaq. Üçüncüsü, Şengen vizasının rəsmiləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək. Dördüncüsü, müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün Şengen vizaları pulsuz təklif olunacaq. Bu kateqoriya kifayət qədər geniş təbəqəni əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr daxildir. Beşincisi, vizaların verilməsi üçün tələb edilən müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq. Altıncısı, viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq. Yeddincisi, Şengen ölkəsində olan və viza müddəti başa çatan Azərbaycan vətəndaşları texniki baxımdan (məsələn, səhiyyə xidməti alanlar) ölkəyə qayıdaraq səfirliyi müraciət etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanla Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub
22:40 11.03.2026
Azərbaycanla Aİ arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
22:26 11.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötüb
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
22:25 11.03.2026
İlham Əliyevin Aİ Şurasının Prezidenti ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTOLAR
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
22:10 11.03.2026
Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi
Dardanel boğazı müvəqqəti bağlandı
22:07 11.03.2026
Dardanel boğazı müvəqqəti bağlandı
Antonio Koşta Bakıda səmimi qəbula görə İlham Əliyevə təşəkkür edib
21:59 11.03.2026
Antonio Koşta Bakıda səmimi qəbula görə İlham Əliyevə təşəkkür edib
İyirmi ikinci günün duası - İmsak və iftar vaxtı
21:57 11.03.2026
İyirmi ikinci günün duası - İmsak və iftar vaxtı
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanıldı
21:52 11.03.2026
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanıldı
Külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxsə hökm oxundu
21:43 11.03.2026
Külli miqdarda mənimsəmədə ittiham olunan vəzifəli şəxsə hökm oxundu
Nigeriyanın daha üç vətəndaşı İrandan Azərbaycana təxliyə olunub
21:34 11.03.2026
Nigeriyanın daha üç vətəndaşı İrandan Azərbaycana təxliyə olunub
Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI - Foto
21:31 11.03.2026
Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra İŞDƏN ÇIXARILDI - Foto
Tramp: ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək
21:27 11.03.2026
Tramp: ABŞ İrana zərbələri əvvəlki intensivliklə davam etdirəcək
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
21:16 11.03.2026
İran Hörmüz boğazında onlarla mina yerləşdirib
Azər Əliyevə yeni vəzifə verildi
21:08 11.03.2026
Azər Əliyevə yeni vəzifə verildi
Türk Hava Yolları İrəvana uçuşlara başladı
20:57 11.03.2026
Türk Hava Yolları İrəvana uçuşlara başladı
"Əminəm ki, Ermənistanla sülh daimi olacaq" - İlham Əliyev
20:50 11.03.2026
"Əminəm ki, Ermənistanla sülh daimi olacaq" - İlham Əliyev