Ukrayna prezidenti Vladimir Zelenski Donetsk vilayətinə gedib.
AZXEBER.COM xəbər verir ki, bu barədə dövlət başçısının ofisinin mətbuat xidməti bildirib.
Qeyd edilir ki, o, burada hərbçilərlə görüşməyi planlaşdırır.
Dekabrın 6-ı Ukraynada ölkənin Silahlı Qüvvələr Günüdür.