Tanınmış teleaparıcı Vüsalə Əlizadəyə itki üz verib.
AZXEBER.COM xəbər verir ki, teleaparıcı deyib ki, 20 gündə iki yaxın insanını itirib.
"Həyat-hər insan sənin qonağın olduğunu bilir. Bir gün gözün qaralar, çərxi-fələyin tərsinə dönər, sözünü, arzu-istəklərini ürəyində qoyub, illərlə dişi-dırnağı ilə yığıb topladığını əlindən alıb, yarı yolda əlacsız, köməksiz qapı önünə qoyarsan bu qonağı..."
Bu lənətə gəlmiş virus çox dəyişdi düzənimizi,yaşamımızı,çox sarsıtdı dünyamızı...
20 gündə iki ağır itgi. İki gözəl ziyalı insan, savadlı və peşəkar həkim, ata-ana, nənə-baba itirdik. Nevroloq Məmmədov Qərib doktor və onun gözəl ziyalı xanımı Məmmədova Elmira xanım".