Vüsalə günlər sonra efirə qayıtdı

Vüsalə günlər sonra efirə qayıtdı
MAQAZİN
10:46 28.01.2026
385
"Mənim üçün əxlaq dəyərləri çox vacibdir. Bu hansı yaşda olmandan asılı olmayaraq birmənalı şəkildə qorunmalıdır".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə deyib.
 
Səhhətində yaranan problemlərdən sonra ilk dəfə canlı yayıma çıxan aparıcı duyğusal anlar yaşayıb: 
 
"Mətanət Əliverdiyevaya çox təşəkkür edirəm ki, məni əvəzlədi və işi axsamağa qoymadı. Dost dəstəyi mənim üçün önəmlidir. Ən böyük təşəkkür də anamadır. O həyatda mənim var olma səbəbimdir. İnsan valideynini seçə bilmir. Atan əsl ata, anan əsl anadırsa sən dünyanın ən xoşbəxt insanısan. Onun başımıza çəkdiyi sığal belə bizi həyata bağlayır. Onlar sağ olanda dəyərini bilək. Biz çox çətin zamanlardan keçdik. Onun verilişə çıxmağını mən ləngidirəm. İstəyirəm ki, bir az da yaxşı olsun, toparlansın".
 
Aysel
OXŞAR XƏBƏRLƏR