Vyana həyat üçün ən yaxşı şəhər seçilib

MARAQLI
13:13 30.11.2011
1652
Əla infrastruktura, küçələrindəki təhlükəsizliyə və səhiyyənin keyfiyyətinə görə Vyana yaşamaq üçün ən yaxşı şəhərə çevrilib. «Mercer» konsaltinq qrupunun araşdırmasının nətiсələri bundan xəbər verir. ANS PRESS «Reuters»ə istinadən bildirir ki, 200 yerdən ibarət reytinqdə ən yaxşı yerləri Almaniya və İsveçrə şəhərləri tutub. “Top 10”a isə Sürix, Münhen, Düsseldorf, Frankfurt-Mayn, Cenevrə və Bern daxil olub. Bundan başqa, onluğa Oklend (Yeni Zelandiya), Kanada Vankuveri və Danimarkanın Kopenhagen şəhəri daxildir. Eyni zamanda, «Mercer» xəbərdarlıq edir ki, reytinqdə yuxarı sətirləri tutan şəhərlər öz mövqelərini mütləq kimi qəbul etməli deyil, çünki dünyanı əhatə edən iqtisadi problemlər nəzərə alınarsa, onlar həyat səviyyəsinin azalmasından qorunmayıb. O cümlədən, Oslo iyul ayında Anders Breyvik tərəfindən törədilmiş kütləvi qətl üzündən 24 yer aşağı düşüb. «Mercer» bildirir ki, əgər bu olmasa idi, Norveç paytaxtı 15 ən yaxşı şəhər sırasına düşə bilərdi. Ən yaxşı iyirmi şəhərin sırasına Avstraliyanın Sidney, Vellinqton, Melburn və Pert daxil olub. Sinqapur 25-ci yeri tutub. «Mercer»in məlumatına görə, həyat şəraitinə və təhlükəsizliyinə görə 2011-ci ildə ən pis şəhər İraqın Bağdad şəhəri sayılıb. Bunun əsas səbəbi siyasi qeyri-müəyyənlik, aşağı təhlükəsizlik səviyyəsi, yerli sakinlərə və xaricilərə hücumlarla bağlıdır.

OXŞAR XƏBƏRLƏR