Vyetnam prezidenti Kamran Əliyevi qəbul edib

Vyetnam prezidenti Kamran Əliyevi qəbul edib
SİYASƏT
17:28 24.03.2025
427

Vyetnamda səfərdə olan Baş prokuror Kamran Əliyevi ölkə prezidenti Luonq Kuonq qəbul edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Luonq Kuonq bu səfərin Azərbaycan-Vyetnam dostluq münasibətlərinin, xüsusilə də iki ölkənin məhkəmə orqanları arasında ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın son dövrdə siyasi-sosial sabitliyin təmin edilməsi, iqtisadiyyatın müsbət inkişafı, əhalinin həyat səviyyəsinin davamlı yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqe və rolunun gücləndirilməsi sahəsində əldə etdiyi nailiyyətlərdən danışıb. 

Qəbula görə dövlət başçısına təşəkkürünü bildirən Kamran Əliyev Vyetnamda qısamüddətli səfəri zamanı nümayəndə heyətinin Vyetnam tərəfindən səmimi qəbul və böyük qonaqpərvərlik gördüyünü qeyd edib.

Luonq Kuonq Vyetnamın dost ölkələrlə, o cümlədən Azərbaycanla dostluq münasibətlərini daim gücləndirmək istədiklərini qeyd edib.

O, bir çox Vyetnamlı tələbənin Azərbaycanda təhsil aldığını və hazırda müxtəlif nazirlik və idarələrdə əsas vəzifələrdə çalışdığını qeyd edib. Dövlət başçısı bunun Vyetnam və Azərbaycan xalqları arasında dostluq əlaqələrini möhkəmləndirən güclü bir bağ olduğunu vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan və Vyetnam Baş Prokurorluqları arasında hüquqi əməkdaşlığın daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb. Qeyd edilib ki, sənəd iki ölkənin prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın inkişafına töhfə verməklə yanaşı, qarşılıqlı təcrübə
mübadiləsinin genişləndirilməsinə xidmət edəcək.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya: Ukrayna ABŞ ilə razılaşmaya baxmayaraq hücumlarını davam etdirir
14:41 26.03.2025
Rusiya: Ukrayna ABŞ ilə razılaşmaya baxmayaraq hücumlarını davam etdirir
Tovuzda 42 yaşlı qadın dəm qazından boğularaq öldü
14:36 26.03.2025
Tovuzda 42 yaşlı qadın dəm qazından boğularaq öldü
Somali dövlət başçısı İlham Əliyevi təbrik etdi
14:26 26.03.2025
Somali dövlət başçısı İlham Əliyevi təbrik etdi
Qəzzada ölənlərin sayı 50 min 183-ə yüksəldi
14:24 26.03.2025
Qəzzada ölənlərin sayı 50 min 183-ə yüksəldi
Yaponiyada meşə yanğınları -  600 hektardan çox ərazi külə döndü
14:14 26.03.2025
Yaponiyada meşə yanğınları - 600 hektardan çox ərazi külə döndü
Nazir Rizvan Ələsgərova yüksək vəzifə verdi - FOTO
14:12 26.03.2025
Nazir Rizvan Ələsgərova yüksək vəzifə verdi - FOTO
"Bavariya"nın futbolçuları uzun müddətə sıradan çıxıb
14:08 26.03.2025
"Bavariya"nın futbolçuları uzun müddətə sıradan çıxıb
"Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır"
14:05 26.03.2025
"Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır"
Ermənistanda korrupsiyada ittiham olunan generalın istintaqı dayandırıldı
13:59 26.03.2025
Ermənistanda korrupsiyada ittiham olunan generalın istintaqı dayandırıldı
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 9 dəfəyə yaxın artıb
13:54 26.03.2025
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 9 dəfəyə yaxın artıb
78 nəfərin yanaraq öldüyü “Grand Kartal” otelinin sahibinin ailəsi saxlanıldı
13:51 26.03.2025
78 nəfərin yanaraq öldüyü “Grand Kartal” otelinin sahibinin ailəsi saxlanıldı
Türkiyədə xəstəxanada YANĞIN: Xəstələr təxliyə edilir - FOTO
13:48 26.03.2025
Türkiyədə xəstəxanada YANĞIN: Xəstələr təxliyə edilir - FOTO
Qırğızıstanın dövlət xəbər agentliyində Azərbaycanla bağlı məqalə: ""Orta Dəhliz" bizim ortaq dəyərimizdir"
13:47 26.03.2025
Qırğızıstanın dövlət xəbər agentliyində Azərbaycanla bağlı məqalə: ""Orta Dəhliz" bizim ortaq dəyərimizdir"
Saxta botoksdan zəhərlənən Hatice ilk dəfə danışdı
13:45 26.03.2025
Saxta botoksdan zəhərlənən Hatice ilk dəfə danışdı
Türkiyədə yük maşını palma ağacına çırpıldı: 1 yaralı var - VİDEO
13:44 26.03.2025
Türkiyədə yük maşını palma ağacına çırpıldı: 1 yaralı var - VİDEO
"Teymur Əmrah kimi sənətkar olub, acından ölmək istəmirəm" - Kərim
13:38 26.03.2025
"Teymur Əmrah kimi sənətkar olub, acından ölmək istəmirəm" - Kərim