"WhatsApp"a gələn yeni funksiya: Son onlayn olanlar göstəriləcək

MARAQLI
12:05 16.04.2024
258
"WhatsApp”ın Android beta versiyasında "2.24.9.14" kodu ilə yeni funksiya peyda olub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu funksiya onlayn olan istifadəçilərin siyahısını göstərir.

Dünyanın ən məşhur mesajlaşma proqramı olan "WhatsApp” istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.

İstifadəçilər proqramda kontaktlar menyusuna daxil olduqda, "WhatsApp”da son vaxtlar onlayn olan istifadəçiləri göstərən siyahı görəcəklər.

"WhatsApp”da kontakt aktivdirsə, o, siyahının yuxarısında görünəcək. Beləliklə, istifadəçilər insanların son görünmə vaxtını yoxlamaq məcburiyyətində qalmayacaqlar.

Bu funksiya ilə "WhatsApp” istifadəçiləri aktiv insanlarla əlaqə saxlamağa təşviq edərək tətbiqlərin qarşılıqlı əlaqəsini artırmaq istəyir.

Ayşən

OXŞAR XƏBƏRLƏR