"WhatsApp" istifadəçiləri xidmətlə bağlı problemlərlə üzləşiblər.
AZXEBER.COM "Oxu.Az"a istinadən xəbər verir ki, statistikaya görə, şikayətlərin əsas hissəsi mesencerlə bağlı olub:
- İstifadəçilərin 40%-i mobil proqramın işləmədiyini bildirib;
- 26% bildirişlərin çatdırılmasında problemlə üzləşib;
- 26%-i isə xidmətin ümumi nasazlığından şikayətlənib.
Hazırda "WhatsApp" tərtibatçıları nasazlığın səbəbləri ilə bağlı heç bir rəsmi açıqlama verməyiblər.