"WhatsApp" yeni funksiyasını təqdim edib.
AZXEBER.COM xəbər verir ki, İOS üçün ən son beta 24.3.10.70 yeniləməsi ilə WhatsApp bu dəfə istifadəçilərə zənglərin daha rahat yerləşdirilməsi üçün sevimli kontaktlarını təyin etməyə imkan verəcək.
Sevimli kontaktlar axtarışların yuxarısında görünəcək.
Beləliklə, istifadəçilər öz sevimli kontaktlarına birbaşa zənglər bölməsindən daha tez zəng edə biləcəklər.
Sevimli kontaktların müəyyən edilməsi funksiyası inkişaf mərhələsində olduğundan, yeniliyin bütün istifadəçilər üçün nə vaxt əlçatan olacağı hələlik bəlli deyil.
Mikayıl