03:27 çərşənbə Axşamı, 18 Iyun 2019
MARAQLI

"WhatsApp"dan yenidən virus yayılır

19:49, 10.01.20194100
Mütəxəssislər "WhatsApp Gold"un yaydığı viruslardan qorunmağın metodlarından danışıb.

AZXEBER.COM Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bir sıra tətbiqlər bu sosial şəbəkə üzərindən virusların yayılmasına səbəb olur. Bunların arasında ən məşhur olanları "Profilimə kimlər baxdı?", "Kimlər onlayn xətdədir?" tətbiqləridir.

Lakin ən təhlükəli hesab olunanı "WhatsApp Gold"dur. Bu tətbiqin yaydığı virusdan qorunmaq üçün mütləq həmin tətbiqi silmək və telefonun keş yaddaşını təmizləmək lazımdır. Bundan başqa bilinməyən alətlərdən daxil olan yükləmələri də silmək tövsiyə olunur.

Mütəxəssislər bildirir ki, belə proqramlar şəxsi hesabların oğurlanması üçün hazırlanır.
XƏBƏR LENTİ