"X" platforması Xameneyinin hesabını bağladı

DÜNYA
13:31 28.10.2024
140
"X" platforması İranın ali lideri Əli Xameneinin açdığı hesabı bloklayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Xamneyinin platformada ivrit dilində olan hesabına daxil olmaq istəyənlər "Hesab dayandırılıb" xəbərdarlığı ilə üzləşiblər.

Fars, türk, ingilis, urdu və ispan daxil olmaqla bir çox dildə hesabı olan Xamneyinin başqa dillərdə hesabları olduğu görünür.

Xameneyinin xarici dillərdəki açıqlamaları İsrail mediası tərəfindən paylaşılıb.

Mövzu ilə bağlı X və Xameneinin ofisindən hələlik heç bir açıqlama verilməyib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR