Xaçmazda dənizdə 20 yaşlı oğlanın meyiti tapılıb

Xaçmazda dənizdə 20 yaşlı oğlanın meyiti tapılıb
Bütün Xəbərlər
10:11 25.08.2015
886

Azərbaycanın Xaçmaz rayonunun Muxtadır qəsəbəsi ərazisində dənizdə batan gəncin meyiti tapılıb.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Əsgərov Orxan Xəyal oğlunun meyiti batdığı ərazidən 4 km aralıda, Xaçmaz rayonunun Sibiroba kəndi yaxınlığında  Fövqəladə Hallar Nazirliyinin  dağlıc xilasediciləri tərəfindən aşkarlanıb. Cəsəd ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

//az.apa.az

OXŞAR XƏBƏRLƏR