Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında törədilən oğurluq faktının üstü açılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, ötən ilin dekabrında naməlum şəxslər Xaçmaz şəhər sakini Həmid Əliyevə məxsus, Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsində yerləşən internet klubdan oyun kompüterləri, monitorlar, disklər və salona aid digər texniki avadanlıqları oğurlayıb. Aparılan araşdırmalar zamanı hadisəni Xaçmaz şəhər sakinləri 25 yaşlı Şəhriyar Cahidovun və 21 yaşlı Əlihəsən Hüseynovun törətdiyi müəyyənləşib.
Keçirilən əməliyyat zamanı həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.