03:40 şənbə, 22 Sentyabr 2018
SOSİAL

Xaçmazda uşaq 4 yaşlı qardaşını güllələdi

10:35, 14.03.20181511
Xaçmazda uşaq 4 yaşlı qardaşını güllələdi
Xaçmaz rayonunda 10 yaşlı oğlan qardaşını güllələyib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə rayonun İlxıçı kəndində qeydə alınıb.

Məlumata görə, E.Ş. evdə nəzarətsiz qalan tüfənglə ehtiyatsız davrandığından 4 yaşlı qardaşı R.-ya atəş açıb.

Azyaşlı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ