Xaçmazda yük avtomobili piyadanı vuraraq öldürdü

Xaçmazda yük avtomobili piyadanı vuraraq öldürdü
SOSİAL
14:52 31.01.2026
446
Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Xaçmaz rayon sakini Səbuhi Mahmudovu yük avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
//APA
OXŞAR XƏBƏRLƏR