Xalq artisti: ''Dünyanın sonuna kimi yaşamaq istəyirəm''

MƏDƏNİYYƏT
08:02 17.10.2012
1495
Bu gün Xalq artisti, kamança ustası Habil Əliyevin 85 illik yubileyi təntənəli şəkildə Dövlət Filarmoniyasının səhnəsində qeyd olunacaq. “Şöhrət” və “İstiqlal” ordenli Xalq artistinin yubiley tədbiri bu ilin iyun ayında Azərbaycan Dövlət Filarmoniyasında keçirilməsi planlaşdırılsa da ustad sənətkarın öz xahişi ilə payız ayında keçirilməsi qərara alınıb.Şərqdə virtuoz kaman improvizatoru kimi məşhur olan, Xalq artisti, kamançada fərqli ifası ilə ürəklərə yol tapmağı bacarıb. Sənətkar 85 yaşın hələ az olduğunu və insanın yaşadıqca yaşamaq istəydini deib. “Evdə arvadla bütün söhbətləri danışıb, qurtarmışıq. Amma görürük ki, vaxt qalıb, dava edirik. Sonra barışırıq. Küsüb-barışmağın öz ləzzəti var”.Keşməkeşli yol keçən ustadın qazandığı nailiyyətlər bu gün onu yaşadır. Bütün nailiyyətlərinin başında isə, kamançası durur.“Övladlarımı çox istəyirəm, amma hansının qulağını dartsam, küsüb, mənlə danışmazlar. Amma mən kamançamın qulağını artıq 70 ildir bururam. Hələ də üzümə qayıtmayıb” – deyə Xalq artisti bildirib.

OXŞAR XƏBƏRLƏR