Xalq artisti əməliyyat olundu

MƏDƏNİYYƏT
13:42 28.03.2015
3158
“Əgər on dəqiqə geciksəydim daha pis olacaqdım”.
Xalq artisti Fatma Mahmudova əməliyyat olunub.
AZXEBER,COM-un "ATV Maqazin"ə istinadən xəbərinə görə, aktrisanın öd kisəsi kəsilib:
"Ağır əməliyyat keçirdim. Uzun müddətdir ki, öd kisəmdə problem var idi, fikir vermirdim. İşlə bağlı Ankaraya getmişdim. Qəfildən halım pisləşdi. Öd kisəm kəsildi. Əslində 45 dəqiqəlik əməliyyatdır, mən də isə 1 saatdan çox çəkdi. Əgər on dəqiqə geciksəydim daha pis olacaqdım. Həkim dedi 1 aydan sonra müayinəyə gəl. Hələ ki, getmirəm. Əməliyyatdan sonra Bakıya gəldim, dörd gündən sonra səhnəyə çıxdım, tamaşada oynadım. İşimi çox sevirəm, heç vaxt ondan ayrı qalmaq istəmirəm".

OXŞAR XƏBƏRLƏR