Xalq artisti harada dəfn olunacaq?

MƏDƏNİYYƏT
14:06 18.04.2015
2469
Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişlilə vida mərasimi bu gün saat 14.00-da Bakı Musiqi Akademiyasında olacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən ANS PRESS-ə məlumat verilib.Verilən məlumata görə, vida mərasimindən sonra xalq artisti I Fəxri Xiyabanda dəfn olunacaq.Qeyd edək ki, dünən axşam saatlarında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli dünyasını dəyişib. O, 10 gün öncə xəstəxanaya yerləşdirilib və elə xəstəxanada da vəfat edib. Ölümündən bir gün öncə tanınmış bəstəkarın 81 yaşı tamam olub.R. Mirişli 16 aprel 1934-cü ildə Naxçıvan MR-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. O, 1974-cü ildə Naxçıvan MR-nın əməkdar incəsənət xadimi, 1982-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi, 1990-cı ildən isə xalq artisti fəxri adını daşıyır.Xalq artisti Ramiz Mirişli onlarla gözəl mahnı və romansların müəllifi kimi tanınır.

OXŞAR XƏBƏRLƏR