Xalq artisti, tanınmış incəsənət xadimi Nisə Qasımova ona ayrılan prezident təqaüdünü Türkiyədə baş verən mədən faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardım fonduna bağışlayıb.
AZXEBER.COM AzVision.az-a istinadən xəbər verir ki, xalq artisti Somaya 1000 manat yardım edib.
Nisə Qasımova bildirib ki, türk millətinin sevinci ilə sevinməli, kədəri ilə kədərlənməliyik:
“Ancaq ağlamaqla iş bitmir. Kifayət qədər göz yaşı axıtdıq. Mən prezident təqaüdü alıram, bir aylıq maaşım ilə bu kampaniyaya qatıldım. Bilirəm ki, bu kiçik bir şeydir, ancaq əlimdən bu gəlir. Digər sənətçi dostlarımı da bu kampaniyaya qatılmağa dəvət edirəm”,-deyə N.Qasımova əlavə edib.
Qeyd edək ki, Türkiyədə baş verən mədəm faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanıb. Kampaniya çərçivəsində 6157 AZN (7847 USD) məbləğində vəsait yığılıb.
Kampaniyada iştirak etmək istəyən şəxslər 493-84-81 nömrəsi ilə əlaqə saxlaya bilərlər.