Xalq artistinə vəzifə verildi

Xalq artistinə vəzifə verildi
MƏDƏNİYYƏT
11:59 18.09.2015
5718
Azərbaycanın sevilən aktyoru, xalq artisti Valeh Kərimov işlə təmin olunub.
AZXEBER.COM  bildirir ki, bu barədə aznews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə bu mövsümdə Gəncə Dövlət Dram Teatrında rejissor kimi fəaliyyət göstərəcək:
"Hazırda Gəncədəyəm. Məni buraya rejissor kimi dəvət ediblər. Həm tamaşalar hazırlayacam, həm də aktyor kimi rollar oynayacam".
V.Kərimov bildirib ki, hazırda sözü gedən teatrda quruluş verəcəyi əsəri teatr rəhbərliyi ilə müzakirə edir: "Mənim fikrimdə çox əsərlər var. Teatrın imkanları çatan əsərləri səhnəyə gətirəcəm".
Xatırladaq ki, Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərirdi. O, ötən mövsüm yaşla əlaqədar teatrdan kənarlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR