Bu gecə beyin-qan dövranı pozğunluğu diaqnozu ilə Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən xalq artisti Nuriyyə Əhmədovanın vəziyyəti stabilləşib.Aktrisanın həkimi Fərəh Vəliyeva ANS PRESS-ə açıqlamasında, xəstənin vəziyyətinin stabilləşdiyini bildirdi."Nuriyyə xanım gecə saat 03 radələrində Təcili Tibbi Yardımla bizim xəstəxanaya gətirilib. Yüksək təzyiqlə vəziyyəti pisləşib. Hipertonik işemik həmlə olub keçib. Xəstə qəbul ediləndə loru dillə desək, insult öncəsi vəziyyət müşahidə edildiyindən dərhal reanimasiyaya yerləşdirilib. Bu gün səhər xəstənin vəziyyətinə uyğun olaraq bütün müayinələrdən keçirdik. Nevropotoloq MRT müayinəsi təyin etdi və bu müayinənin nəticəsi Nuriyyə xanımın insult keçirmədiyini göstərdi. Analizlərinin cavabı da ciddi patologiyanın olmadığını görürük. Vaxtında kömək göstərildiyindən insultun qarşısı alınıb. Hazırda vəziyyəti stabil olsa da, reanimasiyadadır".