09:48 şənbə, 19 Yanvar 2019
MƏDƏNİYYƏT

Xalq artistinin qocalar evində yaşayan bacısı: Heç vaxt qardaşımla ünsiyyətimiz olmayıb

20:16, 07.01.20196837
Xalq artistinin qocalar evində yaşayan bacısı: Heç vaxt qardaşımla ünsiyyətimiz olmayıb
Əfsanəvi müğənni, mərhum xalq artisti Oqtay Ağayevin bacısı Zemfira Səfərova qocalar evində yaşayırmış.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər veri ki, Zemfira Səfərova dördüncü ildir ki, Bilgəh qəsəbəsində Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayır.

M.Səfərova özü haqqında bunları deyib:

"Mən Oqtay Ağayevin bacısıyam, özüm də gənclik illərimdə ansambllarda çalışmışam. Amma heç vaxt qardaşımla ünsiyyətimiz, get-gəlimiz olmayıb. Heç o nəsildən kimisə tanımaq da istəmirəm. Çünki mənə qarşı münasibətləri yaxşı olmayıb. Soyadım da atalığım Səfər Məhərrəmovundur, heç öz atam Qəzənfər haqda eşitmək də istəmirəm. Hazırda 69 yaşım var. Burada mənə olan münasibətdən çox razıyam”.

Qeyd edək ki, O.Ağayev 2006-cı ildə vəfat edib.

XƏBƏR LENTİ