16:12 çərşənbə Axşamı, 23 Oktyabr 2018
SOSİAL

Xanım sürücü yolu kəsdi - "Yol mənimdir, belə sürürəm ..." - VİDEO

14:45, 19.09.20184954
Xanım sürücü yolu kəsdi -
Sabunçu rayonu, Anaşkin küçəsində qəribə hadisə baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Avtosfer.az-a hadisənin iştirakçısı olan oxucumuz Səhhət Abbasov məlumat verib və video göndərib.

Belə ki, öz yolu ilə hərəkət edən "Mercedes Vito" markalı avtomobilin qarşısına xanım sürücünün idarə etdiyi, 90 NO 018 dövlət nömrə nişanlı, "Mercedes S-Class" markalı avtomobil çıxıb. Xanım sürücü əks istiqamətdə hərəkət edib və öz yolu ilə gələn "Vito"nun qarşısında dayanıb. Sağa keçməyə yol olsa da xanım sürücü digərindən yolu boşaltmağı tələb edib. "Yol mənimdir, belə sürürəm, götür zibilini burdan" kimi xanıma yaraşmayan kobud ifadələr işlədib. Daha sonra isə avtomobili elə yolun ortasında saxlayaraq gedib. "Vito"nun sürücüsü DYP-yə müraciət edərək bu qanunsuz əmələ hüquqi qiymət verilməsini tələb edir.
 

XƏBƏR LENTİ