Xarici müğənni ilə duet oxuyan azərbaycanlı məşhurlar - SİYAHI

Xarici müğənni ilə duet oxuyan azərbaycanlı məşhurlar - SİYAHI
MAQAZİN
17:18 15.05.2019
5047
"Gedib xarici müğənniyə pul verib, onların yanında dayanan müğənnilər var. Hər zaman pul xərcləyiblər ki, onları müğənni hesab etsinlər. Elə insanları mən Brilliant qəbul etmirəm. Mənə hər zaman pul verilib ki, kimsə yanımda dursun. Hələ fikirləşmişəm... Kiməsə pul verim ki, gəl sənlə duet oxuyum? Ölərəm ey, gecə yata bilmərəm. Dırnağım qədər bilən insanları yanıma gətirib, göylərə qaldırmışam, çaşıblar" bu sözləri xalq artsit Briliant Dadaşova deyib.
 
Xalq artsitinin bu fikirləri  birmənalı qarşılanmayıb. Bəzi saytlar Briliant Dadaşovanın bu fikirlərini həmkarlarına qarşı yönəldib. 
 
Azxeber.com məsələnin aktuallığın nəzərə alaraq xarici məşhurlarla duet oxuyan müğənnilərin siyahısın təqdim edir. 
 
İlk olaraq xalq artisti Aygün Kazımovadan başlaya bilərik. Xanım müğənni dünyaca məşhur müğənni Snopp Dogla  "Coffee from Colombia" dueti siyahıda birinci yer tutur. Hətta Kazımova açıqlamasında bu layihə üçün bəzi mülkllərini satdığını da etiraf edib. Onu da deyək ki, bu duet çox böyük populyarlıq qazanmışdı və xarici müğənni ilə ən uğurlu duet hesab edilir.
 


Xalq artsitindən geri qalmayan "Eurovision" mahnı müsabiqəsinin qalibi Nigar Camaldır. Nigarın rus müğənni Dima Bilanla olan dueti yetəri qədər uğur qazanıb. Nigar təkcə Dima Bilanla kifayətlənməyib o hətta məşhur türk müğənnisi Berksan ilə duet ifa edib. 
 

 

Tez-tez yaradıcılığına türk mahnılar daxil edən, hətta bir ara türk şou-biznesinə qatılmaq istəyən əməkdar artist Röya Ayxanı da unutmaq olmaz. Röyanın türk müğənni Mustafa Ceceli ilə duet ifa etməsi yetərincə sevilmişdir.
 


Daha bir əməkdar artist Miri Yusif də həmkarı Röya ilə ifa etdiyi "Səndən birdənədir" dueti İrem Dericinin diqqətin çəkib. İrem repertuarına bu dueti Miri Yusiflə ifa edərək daxil edib.
 

 
 
Müğənni Üzeyir Mehtizadənin "Ay balam" mahnısının uğuru qardaş ölkəyə qədər yayılıb. Müğənni hətta türkiyənin məşhur verilişlərinin birində mahnını Sevcan adlı müğənni ilə ifa edib. 
 

Türkiyədə yaşayan müğənni Günel Zeynalova da xarici ilə duet oxuyan məşhurlardandır. Günel İbrahim Tatlıses ilə bir çox canlı duetlər ifa edib. Son olaraq duet ortağı isə Orhan Ölmez olub. Hətta duet ortaqların sevgili olduqları deyilsə də, cütlük sonradan xəbərləri təkzib edib. 
 

 

OXŞAR XƏBƏRLƏR