Müğənni Xatirə İslam konsert vermək arzusundan danışıb.
AZXEBER.COM xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan sənətçi konsert vermək üçün hazırlıqlara başladığını deyib.
Xatirə bildirib ki, bu qərarı çox çətin verib:
"Mən iki dəfə konsert vermişəm. "Yaşıl teatr"da və "Muğam mərkəzi"ndə. İndi də konsert vermək üçün hazırlıqlara başlamışam, repertuar seçimi edirəm. Amma etiraf edim ki, bu mənim üçün həddindən artıq çətindir. Çünki mən bir neçə janrda oxuyuram. 15 dəqiqə muğam oxuyum, insanları ona kökləyim, sonra anidən Gövhər Həsənzadəyə necə keçid edim? Adamın bir yolu olar, amma məndə elə deyil. Buna görə də çətinlik çəkirəm.
Anam da deyir ki, yarım saat muğam oxu, yarım saat estrada. Deyirəm elə şey olmaz axı... Obrazdan obraza keçmək mənim üçün çətindir. Bəzən düşünürəm ki, 45 yaşımdan sonra tərzimi yenə dəyişim. Ya birdəfəlik muğamı seçim, ya da qayıdım Gövhər Həsənzadə bəstələrinə".
Aysel










































