Müğənni Xatun Əliyeva plastik əməliyyat etdirməsindən danışıb.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, sənətçi "ATV maqazin onlarla"da bildirib ki, 3 ay əvvəl bıçaq altına yatıb:
"Çox qorxurdum, amma etdirdim. Piy çəkdirdim, bədən şəkilləndirmə idi. İdman zalına getməyə vaxtım yoxdur. İşim isə gecə olduğu üçün getdiyimiz yerlərdə təamlar olur, mümkün deyil pəhriz saxlayım.
Hələ də tam razı deyiləm. 6 aydan sonra istədiyim görünüş olacaq. Hələ iki əməliyyatım qalıb. Bir az keçdikdən sonra onları da etdirəcəm".
Qeyd edək ki, Xatun bundan əvvəl plastik əməliyyatla burnunu kəsdirib.