Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa sağaldı

Xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa sağaldı
DÜNYA
11:54 26.12.2023
275
Bir müddət əvvəl döş xərçənginə yoluxan aktrisa Ayçin Tüyun xəstəliyə qalib gəldiyini açıqlayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyat olunan və intensiv müalicə prosesi keçən Tuyun sağalma prosesində olduğu müjdəsini verib.

Xərçəngə qalib gəldiyini bildirən aktrisa bunları yazıb:

"Şükürlər olsun ki, bu da keçdi. Saçlarım, qaşlarım, kirpiklərim geri qayıtdı. İndi qoruyucu həblər içirəm. Günlük müayinələrim davam edir, amma şükürlər olsun ki, məni yormayacaq şəkildə normal həyatıma davam edirəm. Bu müddət ərzində yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm".

Mikayıl
OXŞAR XƏBƏRLƏR