04:27 Bazar Ertəsi, 16 Sentyabr 2019
ÖZƏL

Xərçəngdən əziyyət çəkən jurnalistdən hər kəsi kövrəldən - PAYLAŞIM

14:31, 28.08.20195379
Xərçəngdən əziyyət çəkən jurnalistdən hər kəsi kövrəldən - PAYLAŞIM
Xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Zərifə Çobanzadə hər kəsi kövrəldən status ilə çıxış edib.
 
AZXEBER.COM xəbər verir ki, jurnalist xəstəliyi haqda danışıb. O hər kəsə səhhətinə fikir verməyi məsləhət görüb:

"Dostlar, xərçəng elə bir bəladır ki, son zamanlar bu xəstəliyə yoluxma hədsiz kütləvi hal alıb. Ancaq vaxtında aşkarlandıqda müalicəsi var. Mən özümdə baş verən əlamətləri sayıb hər kəsi öz sağlamlığına biganə qalmamağa çağırıram. İlk növbədə onu qeyd edim ki, bütün xəstəliklərin yaranma səbəbi stress, yuxusuzluq və gərgin həyat tərzidir. Məndə ilk zamanlar gecələr səbəbsiz tərləmələr olurdu. Demək olar ki, tamamilə su olurdum. Toxluq hiss olunurdu, son zamanlar yadıma düşməsə yeməyi unudurdum. Yorğunluq hissi çox olurdu. Qollarım yorğun olur, bilək sümüklərimdə yorğunluq və ağrı hissləri vardı. Ürəkbulanmalar, üz rənginin boğulması və s. əlamətlər. Mən xəstəliyin qarşısında aciz deyiləm və heç kimdə qətiyyən heç bir xəstəliyin olmasını istəmirəm. Mən çalışqan, pozitiv, ve dinamik insanam. Sanki öz qabımda deyiləm. İş həyatım iflic olub. Dostlar, sağlamlığınıza qarşı səhlənkar və laqeyd qalmayın! Allah bizə bu ömrü bir dəfə verir".



XƏBƏR LENTİ