15:28 Bazar Ertəsi, 20 May 2019
SAĞLAMLIQ

Xərçəngə qarşı dərman kəşf edildi - Qarışqalar sayəsində

23:54, 18.04.20199802
Xərçəngə qarşı dərman kəşf edildi - Qarışqalar sayəsində
Moskva Dövlət Universitetinin bir qrup mütəxəssisi qara qarışqaların bağırsaqlarında təbii antibiotik formalaşdıran bakteriyalar aşkar edib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, aparılan müşahidələr nəticəsində məlum olub ki, həmin bakteriyalar xərçəngə qarşı xüsusiyyətlərə malik nibomitsin antibiotikləri yaradır.

Nibomitsin ilk dəfə 1955-ci ildə aşkar olunsa da, bu təbii antibiotikin xüsusiyyətləri zəif öyrənilib. Bununla belə, bir sıra müşahidələr nəticəsində həmin maddənin ağciyərdə yeni yaranan xərçəng şişlərinin qarşısını aldığı məlum olub.
XƏBƏR LENTİ