İyunun 5-dən Avstriyanın Kirxdorf şəhərciyində təlim-məşq toplanışına başlayan “Xəzər Lənkəran” öncədən məskunlaşdığı “Das Seiwald” otelini tərk edib. Səhər saatlarında “Kaiser”ə köç edən “ağ-yaşıllar” iyunun 29-dək bu oteldə məskunlaşacaq.Almaniya Regional Liqasında mübarizə aparan "Starnberq"lə ilk yoxlama oyunundan (6:0) sonra futbolçulara 1 günlük istirahət verən baş məşqçi Yunis Hüseynov komandanı axşam məşqinə çıxaracaq.