Azxeber.com-un verdiyi məlumata görə, “Xəzər Lənkəran” səfərdə “Nomme Kalyu” ilə üz-üzə gəlib.
İlk oyunda 2:2 hesablı heç-heçə ilə şansını çətinə salan cənub təmsilçisi rəqib meydanında vacib olan qələbəni əldə edə bilib. Oyunun 40-cı dəqiqəsində Ruslan Abışov hesabı açıb. 85-ci dəqiqədə Branimir Subaşiç lənkəranlıların qələbəsini rəsmiləşdirib. Beləliklə, "Xəzər Lənkəran" tarixində ilk dəfə Avrokuboklarda mərhələ adlayıb. Bu həm də "ağ-yaşıllar"ın Avropada ilk qələbəsi olub.
Avroliqa, I təsnifat mərhələsi Cavab oyunu 10 iyul “Nomme Kalyu” (Estoniya) – “Xəzər Lənkəran” (Azərbaycan) - 0:2 QOLLAR: Ruslan Abışov, 40; Branimir Subaşiç, 85 Baş hakim: Daq Vidar Hafsas Baş hakimin köməkçiləri: Sveyn İnqe Uiken, Jan Erik Enqan Dördüncü hakim: Trond İvar Dovl (hamısı Norveç) Hakim-inspektor: Yonas Braqa (Litva) UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya) 10 iyul. Tallinn. Kadrioru stadionu “Nomme Kalyu”: 1. Vitali Teleş, 14. Ken Kallaste, 77. Tixon Şişov, 5. Alo Berenqrub (k), 75. Hidetoşi Vakui, 7. Eino Puri, 10. Oliver Konsa, 6. Xorxe Rodrigez, 11. Kaisten Viikma, 8. Yankuba Sisey, 9. Damiano Quinteri. Ehtiyat oyunçular: 96. Kaido Koppel, 23. Hideaki Takeda, 15. Yuri Yevdokimov, 18. Sergey Teryoxov, 16. Tanel Melts, 3. Andreas Kuqas, 2. Marko Bianki. Baş məşqçi: İqor Prins. “Xəzər Lənkəran”: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev, 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 11. Rendal Brenes, 18. Alim Qurbanov, 42. Kamran Abdullazadə, 81. Rikardo Qomeş Baş məşqçi: Yunis Hüseynov