Xəzər rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb

Xəzər rayonunda marketdən oğurluq edən şəxs saxlanılıb
KRİMİNAL
10:47 23.01.2026
398

Xəzər rayonu ərazisində naməlum şəxs müştəri kimi marketə daxil olaraq oğurluq edib. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun bir nəfərə məxsus velosipedi oğurlayaraq satdığı da məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR